ATƏT: Azərbaycan regionda sabitliyin təmin olunmasına töhfə verir

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan regional sabitliyə töhfə verir". Bu açıqlama ilə ATƏT parlament assambleyasının prezidenti Giorgi Tsereteli çıxış edib. Assambleya rəhbəri rəsmi Bakının reallaşdırdığı layihələrin nümunəvi olduğunu deyib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Elman Nəsirovun sözlərinə görə, ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tseretelinin bu açıqlaması təsadüfi deyil. Assambleyaya rəhbərlik edən şəxs konkret fakt və arqumentlərlə bütün dünyaya Azərbaycanın gördüyü işlərin regional səviyyəni aşdığını göstərir.

Elman Nəsirov bildirib ki, ATƏT kimi bir qurumun bu prosesləri qiymətləndirib, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması olduqca mühüm siyasi addımdır.

Millət vəkili onu da qeyd edib ki, ölkənin imza atdığı layihələr Cənubi qafqaz regionunu aşaraq bütün qitədə sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
ATƏT: Azərbaycan regionda sabitliyin təmin olunmasına töhfə verir