Masallıda qəza: 4 nəfər yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Masallıda yol qəzası baş verib.

Day.Az-ın APA-ya ya istinadən məlumatına görə, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Bunlar "VAZ 2106"-ın sürücüsü 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayev və onun sərnişinləri - 1991-ci il təvəllüdlü Pərviz Əhməd oğlu Şahmarov, 1987-ci il təvəllüdlü Elvin Ədalət oğlu Həsənov və "VAZ 2107"-in sürücüsü 1970-ci il təvəllüdlü Abış Nasir oğlu Abbasovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Xəsarət alanlardan E.Həsənov əməliyyata götürülüb. Onun vəziyyəti ağırdır. A. Abbasovun vəziyyəti isə kafi qiymətləndirilir.

Digər iki yaralı - P. Şahmarov və N.Ağayev isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.