Dövlət Baxçalı yenidən MHP sədri seçildi

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Ankara şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilib.

Qafqazinfo-nun "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qurultayda MHP sədri postuna yeganə namizəd olan partiyanın hazırkı sədri Dövlət Baxçalı yenidən rəhbər seçilib.

O, 1169 qurultay nümayəndəsindən 1167-nin səsini toplayaraq 9-cu dəfə MHP sədri seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.