Türkiyə ilə Bolqarıstan sərhədində 20 kilometr uzunluğunda növbə yaranıb

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə ilə Bolqarıstan sərhədindəki Kapıkule gömrük-keçid məntəqəsində uzun tıxac yaranıb.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, sərhədi keçmək üçün növbə gözləyən iritutumlu yük avtomobilləri 20 kilometrdən uzun tıxacın yaranmasına səbəb olublar.

Türkiyə tərəfinin rəsmi məlumatına görə, tıxac Bolqarıstanın gömrük-keçid məntəqəsinin fəaliyyəti səbəbindən yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.