AIDA İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

Day.Az представляет новость на азербайджанском языке

Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndə heyəti "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (AFAB) kampaniyasına qoşulmuş ölkələrin koordinasiya görüşündə iştirak etmək məqsədilə İstanbula səfər edib.

Day.Az Trend-ə istinadən bildirir ki, görüş AİDA-nın başlıca tərəfdaşlarından biri olan İslam İnkişaf Bankı tərəfindən təşkil edilib.

Tədbirdə AİDA nümayəndə heyətinə AİDA-nın direktor müavini Leyla Abdullayeva rəhbərlik edir.

Görüşün əsas məqsədi AFAB kampaniyasının ikinci mərhələsinin başlanılması ilə əlaqədar müvafiq əməkdaşlıq və tərəfdaşlıq mexanizmlərini müzakirə edərək Agentliklər arasında əlaqələrin gücləndirilməsindən ibarət olub.

Sözügedən görüş, həmçinin AİDA ilə İİB arasında strateji tərəfdaşlıq münasibətləri və yeni sahələrdə əməkdaşlıq imkanlarının artırılmasına xidmət edəcək.

2012-ci ildən etibarən Afrika Birliyinə daxil olan ölkələrdə həyata keçirilən AFAB kampaniyası nəticəsində kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa edilib və ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilib. AFAB-ın növbəti ikinci mərhələsi 2018-2022-ci illəri əhatə edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.