Bayram süfrəsinin ən ləziz şirniyyatı

Day.Az представляет новость на азербайджанском языке

Bayram süfrələrinin ən ləzzətli şirniyyatı heç şübhəsiz ki? paxlavadır. Romb formalı bu ləzzətli şirniyyatdan heç kəs imtina etməz. Day.Az ailem.az-a istinadən Novruz süfrələrinizin bəzəyi paxlavanın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

240 qr əla növ buğda unu

60 qr ərinmiş yağ

80 qr üzlü süd

1 ədəd yumurta

8 qr maya

200 qr təmizlənmiş badam və ya qoz ləpəsi

200 qr şəkər tozu  

0,4 qr zəfəran

0,2 qr vanil

20 qr bal

Hazırlanması:

Un, yağ, süd, yumurta maya qarışdırılıb yumşaq xəmir yoğurulur. Xəmir 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-4 mm qalınlığında iç tökülür. Içliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və yaxud püstə qoyulur. Paxlava 180-200 dərəcədə 35-40 dəqiqə bişirilir. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və yaxud bal tökülür.

Nuş olsun!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.