Bakıda 1 tonluq bayram xonçası

Day.Az представляет новость на азербайджанском языке

Səbail Rayon İcra Hakimiyyəti (Səbail RİH) Novruz münasibətilə rayonun qəsəbələri və yaşayış sahələrinin bir çox yerlərində bayram tədbirləri təşkil edir.

Bəzi yerlərdə rayon sahibkarları, iş adamlarının köməyi ilə bir neçə bayram xonçası quraşdırılıb.

RİH-dən bildirilib ki, bu ənənə bir növ qədim dövrlərə təsadüf edən "Çörək və tamaşa" kimi Roma ənənələrinə bir qayıdışdır. Rayonda təşkil olunan ənənəvi bayram tədbirlərində çəkisi 1 tondan çox olan xonçalar qurulub, Novruz personajları, tanınmış ifaçılar və özfəaliyyət nümayəndələrinin iştirakı ilə konsertlər təşkil olunub. Tədbirlərdən sonra isə xonçalardakı şirniyyat və meyvələr sakinlərə, imkansızlara, ərazidəki hərbi hissələrin əsgərlərinə paylanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.