Sumqayıtda iki avtomobil toqquşub: sürücü yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az "Report"a istinadən bildirir ki,qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub, nəticədə zərbənin təsirindən sürücülərdən biri maşının şüşəsindən çıxaraq kənara düşüb.

Yaralı sürücülərdən biri, 1978-ci il təvəllüdlü Ramil Eldar oğlu Yusifov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi müdaxilə edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.