Əsgərlərimiz Novruzu bayram etdilər

Day.Az представляет новость на азербайджанском языке

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Milli.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən bölmələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.
Yerli icra strukturları, ictimaiyyətin nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.