Horadizdə Novruz şənliyi

Day.Az представляет новость на азербайджанском языке

Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Füzuli rayonunda el şənliyi kimi geniş qeyd olunub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bayram tədbirinin keçirildiyi Horadiz şəhərindəki Olimpiya idman kompleksində xonçalar və səmənilər düzülüb, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib.

Dədə Qorqud və Bahar qızının gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalanıb. Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev füzulililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi və əmin-amanlıq arzulayıb.

 

Bayram şənliyində Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rəqs edib, uşaqlar yumurta döyüşdürüblər. İdmançıların çıxışları, Kosa və Keçəlin zarafatları, rayonun musiqiçilərinin rəngarəng konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.