Bakıda təntənəli “Novruz” festivalı

Day.Az представляет новость на азербайджанском языке

Fəvvarələr meydanında novruzun gəlişi təntənəli şəkildə qeyd olunur. Meydanda Novruz festivalı keçirilir. Festival həm yerli vətəndaşlar, eləcə də turistlər tərəfindən böyük maraqla qarşilanıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, festivalda xalq yaradıcılığı kollektivləri, tanınmış müğənnilər iştirak edir. Festival çərçivəsində sənətkarların əl işlərinin sərgisi və satışı təşkil olunub, milli mətbəx nümunələri nümayiş etdirilir.

Festival tursitlərin də böyük marağına səbəb olub.

Qeyd edək ki. festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda təntənəli "Novruz" festivalı