Güclü külək evlərin damını uçurub

Day.Az представляет новость на азербайджанском языке

----------
17:16

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

Day.Az APA-ya istinadən bildirir ki, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

----------
17:00

Bu gün güclü külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub.

Day.Az APA-ya istinadən bildirir ki, elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.