"İlham Əliyevin siyasəti xalqımızın mənafeyinə xidmət edir"
Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanın iştirakı, razılığı, sözü olmadan regionda heç bir proses baş vermir: "Çox müsbət haldır ki, bütün bu proseslərdə dövlət kimi Azərbaycanın iştirakı və cənab İlham Əliyevin siyasəti, ilk növbədə, Azərbaycan xalqının mənafeyinə xidmət edir.
Bütün beynəlxalq iqtisadi proyektlər - nəqliyyat, neft və bütün siyasi, hümanitar proseslər hamısı öz bəhrəsini vermiş olur. Məhz onun nəticəsidir ki, ilk baxışdan siyasi, ictimai görünən proseslər Azərbaycanda turizmin inkişafına gətirib çıxardı. Bu proseslər Azərbaycanı bütün dünyada tanıtdı. Bu tanınma nəticəsində biz Azərbaycanı narahat edən Dağlıq Qarabağın işğalı ilə bağlı prosesləri dünyaya çatdırmağa başladıq. Yəni Azərbaycanın çoxşaxəli siyasətinin hər bir istiqaməti Azərbaycan xalqının rifahına, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına yönəlib. Bunun nəticəsidir ki, indi cənab İlham Əliyevin namizədliyi yenidən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldükdən sonra xalqımız, insanlarımız çox yüksək ruh şəraitində prosesə qatılıblar.
Hər kəs əmindir ki, Ümummilli Lider Heydər Əliyev siyasətinə alternativ yoxdur. Həmçinin hər kəs də əmindir ki, bu siyasəti həyata keçirən yeganə lider, şəxsiyyət cənab İlham Əliyevdir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре