Bakıda bu küçədə hərəkət məhdudlaşacaq

Day.Az представляет новость на азербайджанском языке

Diqqət! Təbriz küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (22-dən 23 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.