Çay daşlarını sənət əsərinə çevirir... - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Daşlara sanki yenidən can verir. Hər bir daş parçasının üzərində bir-birindən maraqlı sənət nümunələri yaradır.
Onun əl işləri arasında tarixi şəxsiyyətlərin daş üzərinə həkk olunmuş portretləri çoxluq təşkil edir. Ümummilli lider Heydər Əliyev, Mustafa Kamal Atatürk, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Həsənbəy Zərdabi, Babək, Səttar Bəhlulzadə və bir çox dahi şəxsiyyətlərin portretləri bunlardan sadəcə bir neçəsidir.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Xaçmaz rayonunun Alıcqışlaq kəndində yaşayan Ədalət Elman 30 ilə yaxındır ki, çay daşları üzərində oyma sənəti ilə məşğuldur.
O deyir ki, bu işə həvəsi kiçik yaşlarında ilk dəfə Qobustan qayaüstü rəsmlərini görəndə yaranıb. Bundan sonra qaya üzərində cızma üsulu ilə həkk olunan təsvirləri çay daşları üzərinə köçürməyə başlayıb.
Müsahibimizin sözlərinə görə, çay daşının kəsmə daşdan, qranitdən, mərmərdən əsas fərqi ondadır ki, çay daşı qəlpə verir. Çay daşının üstündə işləmək çox çətin olduğunu bildirən Elman Əhməd xırda bir səhv, əsərin korlanmasına gətirib çıxara biləcəyini bildirib.
Ədalət Elman deyir ki, mövzular öz təxəyyülüdür. Xoşuna gələn bir yerə gedir, onu izləyir, eskizini çıxardıb daha sonra onu daş üzərinə köçürür. Hazırda onun təxminən 400 belə əl işi var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре