Qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке

Kənd sakinləri Ağstafanın Qarahəsənli kəndindəki təpədə yol açmaq məqsədilə qazıntı işləri apararkən qədim maddi-mədəniyyət nümunələrinə rast gəliblər.

Day.Az bildirir ki, qazıntı zamanı eyni ölçüdə 4 ədəd küp formasında qəbir və bu qəbirlərin içində həmin dövrlərdə istifadə olunan məişət və bəzək əşyaları, çini qabların qalıqları, eyni zamanda insanın kəllə sümükləri aşkarlanıb. Kənd sakinlərinin böyük marağına səbəb olan əşyaların əksəriyyəti ya sınıb, ya da eroziyaya uğrayıb.

Sakinlər deyir ki, əvvəllər də bu təpədə belə bir əşyaların olduğu haqda qiyabi təsəvvürə malik idilər. Ancaq sonuncu dəfə yol salmaq məqsədi ilə aparılan qazıntı işləri zamanı çıxan tapıntılar yüksəkliyin öyrənilməsinin zəruriliyini artırıb. Təpənin üzərində əvvəllər qədim tikilinin də olduğu deyilir.

Tapıntıların vacibliyini nəzərə alan kənd sakinləri qazıntı işlərini dayandıraraq ərazinin öyrənilməsi üçün müvafiq qurumlara müraciət ediblər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb