Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Ukraynanın "Xüsusi Texnologiya İxracı" xarici ticarət müəssisəsi ilə əməkdaşlığı genişləndirib.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb.

Satışın əsas hissəsini tərəfdaşların tələbatına uyğun olaraq, Ukrayna istehsalı olan müasir silah və texnikaların ixracı tışkil edib.

Məlumata görə, müəssisənin xarici ticarət dövriyyəsinin yarısını Hindistana 65 milyon dollar dəyərində müdafiə məhsullarının ixracı tutub. Bundan əlavə müəssisə İndoneziya, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Azərbaycan, Türkiyə və Gürcüstan kimi ölkələrlə əməkdaşlığı fəallaşdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.