Şəhriyar Məmmədyarovun daha bir liderlik şansı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turu keçiriləcək.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun bu turda rəqibi çinli Din Lijen olacaq.

Rəqiblər arasında birinci dövrənin 5-ci turunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.

Turun oyunları Bakı vaxtı ilə 18:00-da start götürəcək.

İddiaçılar turniri, XII tur

Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan)
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ)
Vladimir Kramnik (Rusiya) - Uesli So (ABŞ)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Din Lijen (Çin)

Turnir cədvəli: Karuana - 7, Məmmədyarov - 6,5, Qrişuk, Karyakin - hər biri 6, Lijen - 5,5, Kramnik - 5, So - 4,5, Aronyan - 3,5.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.