Təhlükəli anlar: Hərəkətdə olan avtomobildə görün nə etdi

Day.Az представляет новость на азербайджанском языке

Avtomobili müxtəlif təhlükəli formalarda idarə edən sürücülər haqda çox xəbər vermişik. Növbəti süjetimiz də elə bu haqdadır. Cəlilabad sakini olan gənc bir sürücü özünün "avtoş"lardan geri qalmadığını sübut etmək üçün kiçik tutumlu yük maşınıyla təhlükəli hərəkətlər edərək bunu lentə alıb. Fərqli hərəkətləri ilə diqqət çəkmək istədiyini deyən gənc əslində ciddi qayda pozduğunun fərqində deyil.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, sürücü yanında olan şəxsdən onu videoaya çəkməsini istəyir. Daha sonra isə mikroavtobusu sürməyə başlayır. Çox keçmir ki, sürücü hərəkətdə olan avtomobilin qapısını açaraq yerə düşür

O, avtomobilin qarşısına keçir və rəqs edir. Bu şəxs bir dəqiqənin içində birbirindən təhlükəli bir neçə hərəkət edir, həm özü üçün həm də digər yol hərəkəti iştirakçıları üçün böyük təhlükə yaradır.

Görüntüləri araşdırdıq, məlum oldu ki, həmin şəxs Cəlilabad rayon Sabirabad kənd sakini Rüfət Nuriyevdir. Görüntülər isə dünən Cəlilabad rayonundan Alqasımlı kəndinə gedən yolda çəkilib.

Biz də həmin şəxsi tapıb bu hərəkəti etməsinin səbəbini soruşduq. Rüfət Nuriyev bildirdi ki, bu onun ilk belə hərəkəti deyil. Hətta o bir dəfə buna oxşar hərəkətinə görə, 400 manat məbləğində cərimə də edilib.

Görünən odur ki, 400 manatlıq cərimə sürücüyə təsir etməyib. Rüfət Nuriyev dünən yenidən belə bir hərəkət edib.

Sujetin qəhrəmanı bildirdi ki, gələcəkdə də belə hərələtləri təkrar etmək fikrindədir.

Yol hərəkəti üzrə ekspertlər isə bildirir ki, sürücülər hərəkətdə olan avtomobildən nəinki düşmək, hətta əlini sükandan çəkə bilməzlər. Bunun edilməsi çox təhlükəlidir. Yol hərəkəti haqqında qanun bu cür halları qadağan edir. Bu hal avtoxuliqanlıq sayılmasa da, qanuna görə, bunu edən sürücülər 40 manat məbləğində cərimə edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Hərəkətdə olan avtomobildə görün nə etdi