Neandertalların məhvi: insan xəstəlikləri

Day.Az представляет новость на азербайджанском языке

2016-cı ildə aparılmış bir araşdırma yoluxucu xəstəliklərin 8 min il əvvəl kənd təsərrüfatının yaranması ilə
yayılması fikrini ortaya qoyub. Belə düşünülür ki, neandertalların məhvi müasir insanların əcdadlarının Afrikadan Avropaya köç etməsi ilə yayılan xəstəliklər və infeksiyalar nəticəsində baş verib.

Day.Az yasilelm.com-a istinadən bildirir ki, yalnız öz qitələrinin mühitinə uyğun xəstəliklərə qarşı immunitet qazanmış bədbəxt neandertallar çox güman ki, mədə xorası, genital herpes, teniarinxoz və vərəm kimi xəstəliklərə yoluxublar. Bu araşdırmanı aparan və nəticələrini "Amerika fiziki antropologiya jurnalı"nda dərc edən alimlər neandertallar üzərindəki bu təsiri fəlakət kimi qiymətləndirib  neandertalların məhvi üçün bu xəstəlikərin önəmli rol oynadıqlarını düşünürlər. Yığıcılıq və ovçuluqla məşğul olanların məruz qaldığı xəstəliklər və infeksiyalar onlarin kifayət qədər qida tapmasına və sağlam qalmasına mənfi təsir göstərib.

Bu xəstəliklər 2 növ arasındakı cinsi əlaqə ilə yayılıb.
Patogen genomları və qədim DNT-ləri araşdıran Kembric və Oksford Bruks universitetinin tədqiqatçıları
bəzi yoluxucu xəstəliklərin kökünün bilindiyindən daha qədim olduğuna inanırlar. Kembric universitetinin bioloji antropologiya bölümünün professoru Şarlotte Houldkroft deyir: "Afrikadan köç etmiş insanlar tropiki xəstəliklər üçün əhəmiyyətli mühit olmuşdur. Avropanın coğrafi mühitinə aid yoluxucu xəstəliklərə uyğunlaşmış neandertal əhali üçün Afrikadan gələn patogenlərə məruz qalmaq fəlakət sayıla bilər".

Həmçinin, Grit Ormond Strit xəstəxanasında müasir infeksiyaları araşdıran Houldkroft bildirir ki, Afrikalıların Avropaya köçünün nəticəsi 15-ci əsrdə Avropalıların Amerikaya köçü zamanı baş verdiyi kimi kütləvi qırğın ola bilməzdi. "Neandertalların kiçik dəstələrinin hər birinin zəiflədici və həyat balansını pozan özünəməxsus yoluxucu xəstəlikləri daşıdığı güman olunur" - deyə, o bildirib. Tədqiqatçılar mədə xorasına səbəb olan Helicobacter pilory bakteriyasının neandertallara çox böyük ehtimalla insanlardan keçdiyin bildirir. Hesablamalara görə ilk infeksiyaya yoluxma halı Afrikada 88-116 min il bundan əvvəl, Avropada 52 min il əvvəl baş vermişdir. Genital herpesə səbəb olan Herpes simplex 2 virusu isə digər mümkün namizəddir. Bu xəstəliyin genomuna əsasən alimlər müəyyən ediblər ki, Afrikalı insanlar xəstəliyə 1.6 milyon il əvvəl hələ də elmə məlum olmayan bir hominid cinsi vasitəsilə yoluxublar, onlara da öz növbəsində bu xəstəlik şimpanzelərdən keçib.

Houldkroft və həmkarı Simon Andrdaun yoluxucu xəstəliklərin 8 min il əvvəl kənd təsərrüfatının yaranmasından sonra insanların mal-qara ilə sıx məskunlaşmış şəkildə yaşaması ilə kəskin şəkildə artması fikri ilə qarşı-qarşıyadırlar. Bunun əksinə olaraq, onlar inanırlar ki, ənənəvi olaraq hamının təsərrüfat heyvanlarından insanlara yoluxduğunu düşünən xəstəliklər əslində əvvəlcə insanlarda olmuş, daha sonra insanlardan heyvanlara yoluxmuşdur. "Toplayıcı-ovçular kiçik qruplar halında yaşayıblar. Təsəvvür edək ki, dəstələri 15-30 nəfərdən ibarətdir. Beləcə xəstəlik ara-sıra ortaya çıxır, lakin yayılmağa fürsət tapmır. Kənd təsərrüfatının yaranması ilə xəstəliyin yayılması üçün mükəmməl şərait yaranır"- deyə, Andrdaun bildirdi. Alimlər min illərlə Avropa qitəsində üstünlük təşkil edərək 40 min il bundan əvvəl kütləvi şəkildə ölən və bədən formasına və beynin ölçüsünə görə müasir insanlara çox yaxın olan neandertalların yoxa çıxmasının sirrini tapmağa çalışır.

Neandertalların məhvi: heç də məhv olmayıblar!
Lakin neandertallar heç bir iz qoymadan yoxa çıxmayıblar. Müasir avropalıların DNT-nin 3%-nin neandertal olmasını önə sürən son araşdırmalar insan və neandertal cinsinin cütləşmədiyini bildirən əvvəlki nəzəriyyələri alt-üst edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.