Ağsuda dəhşətli yanğın: Çörək sexi kül oldu - VİDEO

15 апреля 2018 22:05

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər Ağsuda yanğın olub.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun mərkəzi bazarının yanında yerləşən 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib.

Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ağsuda dəhşətli yanğın: Çörək sexi kül oldu

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!