Bakıda küçədə naməlum kişi meyiti tapılıb

16 апреля 2018 01:04

Day.Az представляет новость на азербайджанском языке

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

Day.Az "Report"a istinadən bildirir ki, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil.

Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!