Polis əməkdaşı maşını ağaca çırparaq ağır xəsarət alıb

16 апреля 2018 09:24

Day.Az представляет новость на азербайджанском языке

Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb.

Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!