OPEK-in Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZU

Day.Az представляет новость на азербайджанском языке

OPEK 2018-ci ildə Azərbaycanda neft hasilatının ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacağını gözləyir.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır.

Beləliklə, OPEK əvvəlki hesabatda qeyd olunan proqnozu dəyişməz saxlayıb:

"Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı".

OPEK-in dəyərləndirməsinə görə, yanvar ayında neft hasilatı dekabr ayı ilə müqayisədə 0,01 milyon barrel/sutka artıb və 0,75 milyon barrel/sutka təşkil edib. Bu göstərici 2017-ci ilin yanvar ayı ilə eyni olub.

Fevral ayında neft və kondensat tədarükü üzrə ilkin məlumatlar hasilatla eyni səviyyəni göstərir:

"2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azalaraq 0,8 milyon barrel/sutka təşkil edib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.