Tramp Suriyada rusiyalıları da hədəfə alıbmış

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezidenti Donald Tramp Suriya ərazisindəki obyektlərə zərbələr endirilməsi ilə bağlı əməliyyatın bir neçə variantını nəzərdən keçiribmiş. Həmin variantilar arasında Rusiyanın və İranın Suriyadakı hərbi obyektləri də yer alıb.

Milli.Az The Wall Street Journal-a istinadən bildirir ki, ABŞ-ın müdafiə naziri Ceyms Mettis ötən həftə Ağ Evdə rəsmi Dəməşqə qarşı hərbi gücdən istifadənin 3 variantını təqdim edib. Sonucda Tramp ötən həftənin şənbə günü gerçəkləşdirilmiş hibrid variantı təsdiqləyib.

İlk, ən mülayim variant Suriyada kimyəvi silahla bağlı obyektlərə zərbələr endirilməsini nəzərdə tuturdu. İkinci variant bu siyahıya komanda məntəqələri və hərbi təyinatlı tədqiqat mərkəzlərini də əlavə etmişdi.

Üçüncü, Rusiyanın Suriyadakı hava hücumundan müdafiə sistemlərinin də vurulmasını nəzərdə tutan variant Suriya silahlı qüvvələrinin müdafiə imkanlarını darmadağın etməyi, amma hökumət obyektlərini hədəfə almamağı nəzərdə tuturdu.

Sonucda ABŞ prezidenti Donald Tramp müdafəi naziri Mettisin təmkinli olmaqla bağlı çağırışlarını dinləyib. Halbuki Tramp, ilkin olaraq, Suriyaya ən sərt və genişmiqyaslı zərbələr vurulmasını istəyirdi

ABŞ, Britaniya və Fransanın təyyarələri ilə gəmilərindən Suriya ərazisinə 103 qanadlı raket buraxılıb.

Qərb bəyan edir ki, bu zərbələr aprelin 7-də Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silah tətbiq olunmasına cavabdır.

Bu gün ABŞ-ın və Britaniyanın müdafiə nazirlikləri Suriyada vurulmuş obyektlərin peyklərdən çəkilmiş fotolarını yayıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.