Vəhşi heyvanlar tərəfindən yeyilmiş - kişi cəsədi tapıldı - FOTO

16 апреля 2018 11:14

Day.Az представляет новость на азербайджанском языке

Uşakın Banaz rayonuna bağlı Comburt kəndi çölündə kəndlilər kimliyi bəlli olmayan skelet halına dönmüş kişi cəsədi tapıb.

Metbuat.az xəbər verir ki, vəziyyəti görən kəndlilər dərhal jandarma xəbər verib. Hadisə yerinə gələn Banaz Rayon Jandarm dəstələri monitorinq keçirib.

Cəsədin böyük bir hissəsinin vəhşi heyvanlar tərəfindən yeyildiyi müəyyən edilib. Daha sonra cəsədin kimə məxsus olmasının müəyyənləşdirilməsi üçün skelet Tibb Müəssisəsinə göndərilib.

Cəsədi tapan kəndlilərin jandarma verdiyi məlumatlar əsasında, tapılan kişi cəsədinin Uşakda yaşayan ağlı tarazlığı yerində olmayan və təxminən 3 aydır itkin olan bir vətəndaşa aid olduğu deyilib. Hadisə ilə bağlı jandarm tərəfindən çoxşaxəli istintaq davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!