Murad Xatundan "intiqam"ını aldı

16 апреля 2018 13:05

Day.Az представляет новость на азербайджанском языке

Müğənni-bəstəkar Murad Arif ünvanına sərt sözlər deyən Xatun Əliyevaya cavab verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" verilişində həmkarından qisas alıb. O, "Hid parad" rubrikasından Xatunu uzaqlaşdırıb:

"Onun mahnısı hit, qlamur, zövqlü, maraqlı, stil deyil. Onda potensial görmürəm. Xatunun mahnısı buradan çıxmalıdır. Dediklərinə cavab istəyirlərsə, bu olsun".

Murad Xatunla aralarındakı küsülülüyə səbəb olan hadisədən danışıb:

"Çıxardıb telefonunda şəkilləri göstərir. Mənim də gözüm yaxşı görmür, ərk edib telefonu aldım və yaxından baxdım. Mənə elə reaksiya göstərdi, şokda oldum. Ətrafdakıların diqqətini çəkmək istəyirdi. Ondan üzr istədim. İki ay sonra məclislərdən birində görüşdük. Amma indi gəlib nələr deyir. Bu da piarın bir formasıdır".

Qeyd edək ki, Xatun Muradla bağlı "Onu müğənni kimi qəbul etmirəm. Bir dəfə telefonumda şəxsi şəkillərimə girib baxıb" sözlərini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!