Konçita Vurst: QİÇS xəstəsiyiəm!

Day.Az представляет новость на азербайджанском языке

"Konçita Vurst" kimi tanınan avstriyalı müğənni Tom Noyvirt QİÇS xəstəsi olduğunu etiraf edib.

Milli.Az bildirir ki, artist bu barədə İnstagram profilində yazıb.

"Bəli, QİÇS xəstəsiyəm! İllərdir ki, bu diaqnozla yaşayıram. Xəstə olduğumu bəyan etmək istəməzdim. Lakin sabiq sevgilim bunu faş edəcəyini söyləyərək məni hədələyirdi. Kimsəyə imkan vermərəm ki, məni qorxutmağa, bu minvalla həyatıma təsir etməyə çalışsın. Dəstəyə görə ailəmə, dostlarıma və pərəstişkarlarıma minnətdaram".

T.Noyvirt 2014-cü ildə Kopenhagendə keçirilən "Eurovision"da səhnəyə saqqallı kişi obrazında çıxaraq "Rise Like A Phoenix" mahnısını ifa etmiş, dünya miqyasında sensasiyaya çevrilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.