Şəbnəm Rahidə ilə dodaq-dodağa öpüşməsindən danışdı: "Elə iyrənc ortamda işləyirik ki..."

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Şəbnəm Tovuzlu həmkarı Rahidə Baxışova ilə dodaq-dodağa çəkilmiş fotosuna münasibət bildirib.

Day.Az axşam.az-a istinadən bildirir ki, o, deyib ki, indi qadınların bir çoxu görüşərkən bu formada öpüşür:

"Qadınların bir çoxu dodaq boyasına görə əksər hallarda elə öpüşür. Çünki yanaqdan görüşəndə üzdə boya ləkəsi qalır. Biz də buna görə dodaq-dodağa öpüşdük. Həmin anda isə şəklimizi çəkdilər.

Elə bir iyrənc ortamda işləyirik ki, bunu şişirtdilər. İndi yenidən bu məsələni qaldırmağa ehtiyac yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.