Xəyyam ata olacaq - “Cinsini bilmirəm...”

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Xəyyam Nisanov ata olacaq.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə sənətçi "Xəzər maqazin"ə münasibəsində deyib.

İfaçı yayqabağı ata olacağını qeyd edib: "Bəli, doğru xəbərdir. Mənim üçün sevindirici bir haldır. Hər bir insan ailə qurandan sonra istəyir ki, uşaqları dünyaya gəlsin. İnşallah, yay ərəfəsində sizləri sevdindirəcəm. Özüm uşağın cinsini bilmirəm, mənə sual verənlərədə bu barədə cavab vermirəm, çünki xoşlamıram. Bununla iş bitməyəcək, istəyirəm ki, 4 uşağım olsun".

Qeyd edək ki, sənətçi ötən ilin mayında Nərmin adlı xanımla dəbəbəli şəkildə evlənib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.