İsa Həbibbəyli: "Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək"

16 апреля 2018 15:16

Day.Az представляет новость на азербайджанском языке

Milli Məclisin Elm və təhsil komitəsi "Peşə təhsili haqqında" qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur.

Day.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

Sənəd MM-in Elm və təhsil komitəsində müzakirə edildikdən sonra təkmilləşdirilərək plenar iclasa təqdim ediləcək.

İ.Həbibbəyli qeyd edib ki, "Peşə təhsili haqqında" qanun layihəsi 4 dəfə Elm və təhsil komitəsində, 2 dəfə MM-in plenar iclasında müzakirə edilib:

"Bu layihə üzərində aylarla iş aparmışıq. II oxunuşdan sonra layihə üzərində apardığımız iş isə yalnız təkmilləşdirmə ilə bağlı olub. Burada bəzi məqamlar dəqiqləşdirilib, oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!