AZTA-nın sədri Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi ilə görüşüb - FOTOLAR

16 апреля 2018 15:26

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçevi və "Rusiya İxrac Mərkəzi" Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib.

AZTA-dan Day.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Rusiya arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə edilib. 

Qonaqlar turizm sahəsinin inkişafı məsələsinin 2017-ci ilin sentyabrında keçirilmiş "VIII Rusiya-Azərbaycan Regionlararası Forum"da da əsas mövzulardan biri olduğunu qeyd etdilər. E.Tlyabiçev qeyd edib ki, Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır, belə ki, qisa zaman ərzində turizm sektorunun inkişafı, turist axınının, xüsusilə də varlı turistlərdən sayılan, ərəb turistlərinin cəlb edilməsi təqdirəlayiqdir: "Hazırda Rusiyada Azərbaycanda olduğu kimi turizmin inkişafı perspektiv məsələlərdən sayılmır, lakin, qarşıda duran perspektiv inkişaf sahələrindəndir". 

N.Quliyev isə qeyd edib ki, növbəti Rusiya-Azərbaycan Regionlararası Forum bu ilin sentyabr ayında Gəncədə keçiriləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin razılığı əsasında Rusiya tərəfi əlaqəli turizm münasıbətlərinin inkişafı üçün təklıflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda AzTA-nın dəstəyinə ümidvar olduqlarını bildiriblər. 

N.Bağırov rusiyalı mütəxəssislərə AZTA-nın yardım etməyə hazır olduğunu deyib və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də son illər turizm inkişafının yerlı və xarici iqtisadi münasibətlərin inkişafına tövhəsi barədə danışıb.

Görüşdə həmçinin Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Həsənbəyov da iştirak etdi. X.Həsənbəyov Azərbaycan və Şimali Qafqaz arasında qarşılıqlı turist axınının ikitərəfli münasibətlərin inkışafına dəstək olacağını vurğuladı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!