Anarın vəziyyəti pisləşdi: “Xəstəxanaya güclə çatdırdım”

Day.Az представляет новость на азербайджанском языке

Reper Anar Nağılbaz xəstəxanaya yerləşdirilib.

Qardaşı Yenicag.az-a açıqlamasında Anarın halının qəfilətən pisləşdiyini bildirib:

"Qardaşımın halı qəfildən pisləşdi, maşınımla onu xəstəxanaya güclə çatdırdım. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Hazırda sistem altındadır, ürəyində ciddi problemlər var".

Qeyd edək ki, son vaxtlar Anar Nağılbaz keçmiş həyat yoldaşı ilə problemlər yaşayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.