Xəstəxanaya yerləşdirildiyi deyilən Fəxrəddin Manafovun - Son durumu

16 апреля 2018 15:23

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Fəxrəddin Manafovun Almaniyada xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər doğru deyil.

Aktyorun çalışdığı rus Dram Teatrının direktor müavini İlham Məmmədov Yenicag.az-a açıqlamasında belə deyib:

"Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilməyib. O, həmin ölkəyə həyat yoldaşı ilə gedib. Teatrda tamaşası yox idi, ona görə də istirahət üçün Almaniyaya yollandı. Orda müayinə üçün xəstəxanada olub. Onurğasında yüngül problem var, bunu şişirtmək lazım deyil. Bir həftə olar ki, gedib, bir-iki günə Bakıya qayıdacaq".

Qeyd edək ki, Fəxrəddin Manafov "Kulis.az"-a Almaniyada xəstəxanada olduğunu bildirib: "Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur".

Aktyor bu haqda geniş danışmaq istəmədiyini, lazım gələrsə mətbuata açıqlama verəcəyini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!