"Atama gözəl xanımlardan məktublar gəlirdi" - Əməkdar artist - VİDEO

16 апреля 2018 15:31

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Boş Anlar" verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.

Day.Az bildirir ki, aktrisa ikinci dəfə ailə qurmama səbəbindən danışıb: 

"Allah rəhmət etsin, mənim atam əllərini iynələr deşə-deşə bizim üçün yorğan sırayıb. Bax belə kişilər olub. Ona görə məndən nəyə görə 2-ci dəfə ailə qurmadız soruşulanda, onu deyirəm ki, mən elə bir kişi tapmadım. Atamda olan xüsusiyyət əsl kişiyə məxsus idi. Atam da, anam da mühəndis idi.

Atam tez-tez işi ilə bağlı ezamiyyətə gedirdi. Atam gələndən sonra dalınca gözəl xanımlardan məktublar gəlirdi. Anamı qınayırdılar ki, bəs sən qısqanmırsan? Anam deyirdi ki, gəlsin də. Deməli, yaraşıqlı, baxımlı kişidir ki, məktublar gəlir. Anam elə cavab verirdi. O vaxt anamı başa düşmürdük. Ancaq indi mən anamın müdrikliyini başa düşürəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!