Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarətlə bağlı banklara yoxlama aləti təqdim edib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Komplayens" üzrə Ekspert Qrupunun iclası keçirilib.

ABA-dan Trend-ə verilən məlumata görə, iclasda Dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması" Qaydasına dair məsələlər müzakirə edilib.

Həmçinin, iclas zamanı "NBC Bank" ASC, "Bank Avrasiya" ASC və "GünayBank" ASC-nin nümayəndələrinin "Komplayns Ekspert" Qrupuna daxil edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.