“WhatsApp”da yenilik

Day.Az представляет новость на азербайджанском языке

"WhatsApp" istehsalçıları messencerə yeni funksiya əlavə ediblər.

Yenicag.az xəbər verir ki, silinmiş faylları təkrar yükləmək mümkün olacaq. Bu haqda "Gadgets Now" resursu məlumat yayıb.

Hazırda əgər istifadəçi "WhatsApp"dan şəkili, videonu və ya digər hər hansısa faylı silibsə, o zaman məlumatları bərpa etmək olmur. Lakin yeni funksiyanın köməyi ilə silinmiş faylları yenidən yükləmək mümkün olacaq. Belə ki, fayllar messencerin serverlərində qorunub saxlanacaq. Hələlik bu imkan proqramın yalnız beta-versiyasında əlçatandır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.