Prokuror "Topaz" sahibini qətlə yetirən şəxslərə cəza istədi
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirləndirilən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Day.Az APA-ya istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.
Prokuror F. Bağırzadə və M. Eyvazovun hər birinin 20 il, Ə. İsgəndərovun 14 il, Kamran Qurbanovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 23-də davam etdiriləcək.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре