Ucuz dükanda sərvət tapdı

Day.Az представляет новость на азербайджанском языке

İngiltərənin Somerset qraflığında yaşayan 35 yaşlı hərracçı Qaret Usp qəflətən sərvət tapıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, "ucuz dükan" adlanan butikdə xeyriyyə məqsədilə satılmaq üçün düzülmüş qutulardan ikisində bahalı üzüklər aşkarlayıb.

Üzüklərdən biri 4 karatlıq almaz qaşlı "Cartie" üzüyü, digəri isə sapfir qaşlı idi.

Həmin üzüklərin ilkin satış qiymətləri 42 min və 28 min funt-sterlinqdir.

Qaret Uepsin dediyinə görə, bu qutular dünyasını dəyişmiş qayınanasının bəzi əşyalarını xeyriyyə məqsədilə satışa gətirmiş qadının dükanda qoyub getdiyi çantada tapılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.