Türkiyə XİN-in əməkdaşlarının 20 faizi işdən qovuldu

16 апреля 2018 19:47

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib.

Day.Az Trend-ə istinadən bildirir ki,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

 
Nazir bildirib ki, işdən kənarlaşdırılanların sayı Türkiyə XİN-in əməkdaşlarının təqribən 20 faizini təşkil edir.

M.Çavuşoğlu qeyd edib ki, vəzifəsindən azad edilənlər arasında konsulluqların işçiləri və Türkiyə xarici siyasət idarəsinin müşavirləri də var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!