Köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

Day.Az представляет новость на азербайджанском языке

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.