"Aygünə yazıram ki, yenə səhər 7-də xortlamısan” - Faiq Ağayev

16 апреля 2018 20:53

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Faiq Ağayev və Aygün Kazımova birlikdə kamera qarşısına keçib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, Ağayev "Xəzər maqazin"də Kazımovanın hər gün ona mesaj yazmasından danışıb. Müğənni həmkarının onu tezdən yuxudan oyatmasından şikayətlənib:

"Səhər açılanda müxtəlif dillərdə mənə "sabahın xeyir" yazır. Mən də ona yazıram ki, "az yenə xortlamısan, səhər saat 7-dir". Bir də yeni mahnılarımızı bir-birimizə göndəririk".

 

A.Kazımova illər əvvəl planlaşdırdıqları duetlərinin hələ də gerçəkləşməmə səbəbini açıqlayıb:

"Tək problemimiz mahnıdır. Yaxşı mahnı olsa, oxuyacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!