40 yaşlı kişi bıçaqlanıb

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib.

Kənd sakini,  1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.