Toy karvanını avtoşouya çevirdilər - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Daha bir toy karvanında qaydalar kobud şəkildə pozulub. Bu görüntülər dünən günorta saatlarında Bərdədə çəkilib. Day.Az bildirir ki, rayonun Kətəlparaq kəndi ərazisindən rayon mirkizı istiqamətinə gedən toy karvanındakı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozublar.
Kortejdə olan sürücülərin əksəriyyəti əks istiqamətə çıxıb və qarşıdan gələn avtomobillərin yolunu bağlayıb. Bununla da onlar digər avtomobillərin yoldan kənara çıxmasına da səbəb olublar.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burada sürücülər bir yox, bir neçə inzibati xəta törədiblər. Onlar bu hərəkətləri ilə təkcə öz həyatları üçün yox, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıblar
Ekspert vurğulayıb ki, toy kortejində avtomobil sürmək sürücülərə əlavə səlahiyyətlər vermir. Ona görə də, sürücülər bu məsuliyyəti dərk etməli, özlərinin və digərlərinin həyatını təhlükəyə atmamalıdırlar
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре