Bakıda avtomobil piyadaları vurub, ölən var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yüksək sürətli yoldan keçən iki nəfəri avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda baş verib.

Bakı-Qazax şosesinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil 1985-ci il təvəllüdlü Ağayev Kamil Ağamalı oğlu və 1988-ci il təvəllüdlü Vahabov Nicatı vurub. Sürücü hər iki yaralını xəstəxanaya yerləşdirib. Lakin həkimlərin səyinə baxmayaraq, K. Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.