Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın 2018-ci ilin ilk 2 ayında öncəki ilin eyni dövrü ilə müqayisədə ixracda 240 milyon dollar həcmində artım olub. Day.Az Xəzərxəbər.az-a istinadən  bildirir ki, bir çox məhsullar üzrə tələbatın daxili istehsal hesabına ödənilməsi fonunda xaricə daha çox məhsul ixrac edilməsi ilə bu rəqəm daha da böyüyəcək. Bir Pəncərə İxraca dəstək mərkəzinin rəhbəri Nicat Hacızadə Azərbaycanın maliyyə gücünün hər keçən gün daha da artdığına diqqət çəkib.

Nicat Hacızadə bildirir ki, qlobal iqtisadi böhran dönəmində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində ölkədə istehsal olunan məhsulların həcmi əhəmiyyətli dərəcədə artıb. Bu isə ölkəyə mütəmadi valyuta gətirir və Azərbaycanın maliyyə vəziyyəti hər keçən gün daha da yaxşılaşır.

Nicat Hacizadənin sözlərinə görə Azərbaycanda maliyyə vəziyyətini çətinləşdirəcək və ciddi təhlükə altında qoyacaq heç bir risk yoxdur, maliyyə vəziyyəti sabitdir. Onu da qeyd edək ki, neftin qiymətinin bahalaşması fonunda da dövlət büdcəsinə əlavə vəsaitlər daxil olmağa davam edir. Buna görə qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın ucuzlaşması üçün heç bir təhlükə yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur