Futbolçudan "yataqda arvadını düşünürəm" deyən şəxsə ilginc cavab - FOTOLAR

17 апреля 2018 10:07

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə Premyer Liqasında bütün mövsümü lider olaraq keçirən və ötən gün "Mançester Yunayted"in məğlub olması ilə çempionluğu vaxtından əvvəl təmin edən "Mançester Siti"yə təbriklər gəlir.

Day.Az Fanat.Az-a istinadən xəbər verir ki, "şəhərlilər"i təbrik edənlərdən biri "Stok Siti"nin futbolçusu Piter Krauç olub. İngilis hücumçu tvitter hesabında "Təbriklər, bu mövsüm tam bir köpək balığı kimiydiz" yazıb.

Krauçun bu centlmen jestinə "Mançester Siti" azarkeşlərindən birinin reaksiyası isə şok effekti yaradıb. Belə ki, fanat futbolçuya "Yataqda arvadını xəyal edirdim. Bundan sonra etməyəcəm" yazıb. Ucaboy hücumçunun cavabı da olduqca soyuqqanlı alınıb: "Bu əla olar, dostum".

Qeyd edək ki, Krauç 2011-ci ildən model Abbi Klansi ilə evlidi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!