Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

17 апреля 2018 10:18

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan maliyyə sərgisi gələn ilin ortalarında baş tuta bilər.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşündə müzakirələr aparılıb.

Görüş ASA-nın sədri Mustafa Abbasbəyli, ABA-nın sədri Zakir Nuriyev, AMFİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov və AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşovun iştirakı ilə baş tutub.

Görüşün əsas müzakirə mövzusu maliyyə sərgisinin keçirilməsi olub. Sərginin məqsədi maliyyə sektorunun bütün iştirakçılarının - bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi və təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğu bildirilib.

Görüşdə sərgiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və maliyyə sərgisinin gələn ilin ortalarında keçirilməsi qərara alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!