18 yaşlı gənc yoxa çıxıb
Day.Az представляет новость на азербайджанском языке
Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb.
Day.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya S.Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i, səhər saat 10-un yarısında oğlu evdən çıxıb: "Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı.
O, 2000-ci il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. "Tez-tez Samir hardadadır" soruşur və halı pisləşir".
Qeyd edək ki, S.Novruzovu görənlərdən 050 388 55 86 nömrəsinə zəng etmələri xahiş olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре