Anar Nağılbaz efirə sərxoş çıxdı

Day.Az представляет новость на азербайджанском языке

"Space" TV-də yayımlanan "Qarşı-qarşıya" verilişdə qalmaqallı anlar yaşanıb.

Proqramda iştirak edən reper Anar Nağılbaz tənqid hədəfinə tuş gəlib.

Belə ki, onun verilişə içkili gəlməsi qonaqlardan biri yazar Anar Vəziroğlunu özündən çıxarıb. O, reperə "sən nə günə düşmüsən, niyə bu gündəsən?" deyib. Reper isə bunun qarşılığında xəstəlikdən əziyyət çəkdiyini üçün spirtli içki qəbul etdiyini söyləyib.

Anar Vəziroğlu isə onunla razılaşmayıb, proqram boyunca Anarı tənqid edib.

Reper sərxoş olduğundan verilişdə bir neçə dəfə mənasız yerə gülüb.

Minval.info

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Anar Nağılbaz efirə sərxoş çıxdı - Onu yıxıb-sürüdülər